Səhiyyə Nazirliyi bayram günlərində Covid-19-a qarş peyvənd olunmaq istəyən vətəndaşlara müraciət edib.

Nazirlikdən Elxeber.com-a verilən məlumatda bildirilir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2022-ci il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır: "Əhalinin davamlı olaraq peyvənd olunmasını təmin etmək üçün peyvənd məntəqələri fəaliyyət göstərəcək. Yalnız martın 20-21-də peyvənd məntəqələrində qeyri-iş günü olacaq".