Bu ilin yanvar-iyun aylarında Azərbaycan ən çox İtaliyaya məhsul göndərib.

Dövlət Gömrük Komitəsindən açıqlanan məlumata görə, altı ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və İsrail qərarlaşıb. İtaliyaya ixrac 8 milyard 972,2 milyon ABŞ dolları, Türkiyəyə 1 milyard 851,9 milyon dollar, İsrailə isə 934 milyon dollar dəyərindədir.

Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında isə ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 9 milyard 116,5 milyon dollar, Türkiyə ilə 2 milyard 904,6 milyon dollar, Rusiya ilə 1 milyard 572,2 milyon dollar təşkil edib.