“Qarabağ Azərbaycan torpağıdır və bundan başqa bir status cəhdi qəbul edilməyəcək”.

Elxeber.com “TRTHABER”ə istinadla xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı deyib.

Ərdoğan deyib: “Bizim qarşımızda Cənubi Qafqazda sülh, əmin-amanlıq və əməkdaşlıq qurmaq üçün tarixi imkanlar var. Bu fürsətdən istifadə etmək üçün biz Ermənistanla mehriban qonşuluq münasibətlərinə və tam normallaşmaya yönəlmiş prosesə təşəbbüs göstərdik. Biz əvvəldən Azərbaycan və Ermənistan arasında danışıqlar prosesini dəstəkləmişik. Lakin görürük ki, Ermənistan bu tarixi fürsəti lazımi şəkildə dəyərləndirmir. Ermənistanın başda Zəngəzur dəhlizinin açılması olmaqla, verdiyi vədləri yerinə yetirməsini gözləyirik. Artıq hamının qəbul etdiyi kimi, Qarabağ Azərbaycan ərazisidir. Bundan başqa status cəhdi heç vaxt qəbul edilməyəcək. Ermənilər də daxil olmaqla, hər kəsin Azərbaycan torpaqlarında dinc, yanaşı yaşaması əsas məqsədimiz olmalıdır. Bir millət, iki dövlət şüarı ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün atdığı addımları dəstəkləyirik”.