"Uzun illərdir ki, dünyada bir sistem böhranı var. Bu sistem böhranı qarşısında biz türk dövlətləri olaraq “Elə bir addım ataq ki, türk dövlətləri arasında güc birliyi olsun" dedik. Bu güc birliyi siyasi, hərbi, iqtisadi və ticarət sahələrini də əhatə etsin. "Bu necə ola bilər?", -deyə biz düşündük. Bu o halda mümkün ola bilər ki, mövcud türk dövlətləri bir araya gəlmiş olsun” deyildi və bu istiqamətdə addımlar atıldı".

Elxeber.com xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astana səfərindən dönüşü zamanı mediaya açıqlamasında bildirib.

Ərdoğan bildirib ki, bu addımı atmaqla türk dövlətləri arasında birlik və həmrəylik prosesi başlamış oldu. 

İndi Türk dövlətləri arasında artıq siyasi birliyin də olduğunu deyən Prezident bu birliyin ən bariz nümunəsinin Qarabağda göstərildiyini vurğulayıb: "Qarabağ üçün göstərdiyimiz həmrəylik birliyimizin dünyaya ən böyük sübutu idi. Yəni, dünyaya mesaj verildi ki, bir dövlət, bir xalq arxasında belə həmrəylik görərsə, nəticə əldə edə bilər".

Türkiyə Prezidentinin sözlərinə görə, Türk Dövlətləri Təşkilatı beynəlxalq sistemdəki tıxanmaları açmaq, təsirli və qalıcı həll yolları irəli sürmək üçün dünyanın yüksələn gücünə çevrilir: "Biz yaxşı gələcək və bu gündən daha əhatəli, daha ədalətli dünya qurmaq üçün daha çox çalışacağıq. Çünki dünyanın ümidi türk çağınadır..."