"Türkiyəni yenidən formalaşan qlobal, siyasi və iqtisadi arxitekturanın mərkəzinə yerləşdirməyi hədəfləyirik".

Elxeber.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türkiyə Otelçilər Federasiyasının VII Baş Assambleyasında çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə dünyanın bütün gözəlliklərini özündə cəmləşdirən bir xəzinəyə malikdir: "Bir çox şəhərimiz turizm dəyərlidir. Turizmdə şagirdlik və səyahətçilik dövrümüzü başa vurduq, ustalıq dövründəyik. Qlobal epidemiya dövründə qısa bir fasiləmiz olsa da, artıq həm turistlərin sayı, həm də turizm gəlirləri baxımından ölkəmizin pik nöqtəsini yaşayırıq. Məqsədimiz Türkiyəni yenidən formalaşan qlobal, siyasi və iqtisadi arxitekturanın mərkəzinə yerləşdirərək imkanların əlimizdən sürüşməsinin qarşısını almaqdır”.