"Bildiyiniz kimi, razılığa görə, Rusiya sülhməramlıları 2025-ci ilə qədər müəyyən olunan yerlərdə qalmalıdır. 2025-ci ildə isə bu yerləri tərk edəcəkdir, anlaşma bu cür olub".
Elxeber.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüsdə NATO liderlərinin sammitindən sonra keçirilən mətbuat konfransında Qarabağda Rusiya sülhməramlılarının qalma müddətinin bitməsi ilə bağlı sualı cavablandırarkən deyib.
Türkiyə Prezidenti Rusiyanın bu anlaşmaya sadiq qalacağına inandığını bildirib.
"Hörmətli qardaşım İlham Əliyev də bu məsələni yaxından izləyir”, - deyə Ərdoğan vurğulayıb.