Erməni təxribatçıları Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfirliyinin binasına basqın ediblər.

Elxeber.com xəbər verir ki, təxribatçılar tərəfindən səfirliyin binasına qarşı vəhşi hərəkətlər edilib. Erməni radikallar Azərbaycan səfirliyinin binasına yaxınlaşaraq binaya zərər verməyə çalışıblar.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev tviter səhifəsində yazıb ki, fransız erməni fanatiklər səfirliyin binasına basqın edirlər: “Amma gəlin erməni barbarlarını bir kənara qoyaq, cənab Emmanuel Makron, səfirlikləri qorumayan və təhlükəsizliyimizlə bağlı əsaslı istəklərimizə məhəl qoymayan Fransaya ayıb olsun”.