Ermənistan Müdafiə Nazirliyinin oktyabrın 6-sı günorta saatlarında Ordumuzun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin döyüş mövqelərində möhkəmləndirmə işləri aparan texnikaya atəş açılması və nəticədə həmin texnikanın zədələnməsi barədə yaydığı məlumat həqiqəti əks etdirmir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

"Bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır", - nazirlikdən qeyd olunub.