Bir neçə gün əvvəl Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azan və Ermənistan hərbçiləri tərəfindən saxlanılan əsgər Ruslan Pənahov Vətənə qaytarılıb.

Elxəbər xəbər verir ki, R. Pənahov martın 5-də təyyarə ilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gətirilib.

Ruslan Pənahov jurnalistlərə açıqlamasında səhhətinin normal olduğunu, özünü yaxşı hiss etdiyini bildirib.

R.Pənahov Prezident İlham Əliyevə təşəkkür edib:"Bilirdim ki, Prezident İlham Əliyev məni xilas edəcək”.