Noyabrın 12-də saat 18:00-dan 19:00-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya qarşı tərəfin bölmələrinə atəş açılması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Nazirlik yayılan məlumatı qəti surətdə təkzib etdiyini açıqlayıb.