Diasporla İş üzrə Dövlət Komitəsinin xəttilə hazırlanan və jurnalist Vəsilə Vahidqızının müəllifi
olduğu “Vətən uzaqda deyil” proqramının yaradıcı heyəti Estoniyaya səfər edib və Tallinndə
yaşayan ağdamlı Günay Lejneva ilə görüşüb. Estonla evlənib bu ölkəyə köçən, iş qadını olan
Günay doğma yurdu Ağdamla bağlı uşaqlıq xatirələrini bölüşüb.

Elxeber.com yaxın vaxtlarda Ağdama səfər etmək niyyətində olan Günay Lejneva
ilə müsahibəni- “Vətən uzaqda deyil” proqramının Estoniyadan hazırlanan xüsusi buraxılışının videoyazısını təqdim edir: