Zəfəranın becərilməsində kənd təsərrüfatı texnikası əvəzinə insan əməyindən istifadə olunduğu üçün bahalı ədviyyat kimi tanınır. Zəfəran çiçəkləri o qədər həssasdır ki, yığım prosesi insan əli ilə aparılmalıdır.

Qeyd edək ki, son illər Azərbaycanda zəfəran istehsalı ənənələri dirçəldilir. Bu çox qiymətli ədvanın əsas əkin sahələri hazırda Abşeron yarımadasında – Bakıda və ətraf kəndlərdə yerləşir.  1 kiloqramı 11 min dollara kimi satılan Abşeron zəfəranı həmişə yüksək keyfiyyəti və məhsuldarlığı ilə seçilib.