Gələn il Novruz, Ramazan və Qurban bayramlarının hansı tarixlərdə qeyd olunacağı açıqlanıb.

Elxeber.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

Qərara əsasən, 2024-cü il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, aprelin 10, 11-i Ramazan bayramı, iyunun 16, 17-si Qurban bayramı günləri müəyyən edilib.