Gələn il Novruz, Ramazan və Qurban bayramlarının nə zaman qeyd olunacağı açıqlanıb.
Elxeber.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" qərar imzalayıb.
Qərara əsasən, 2023-cü il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, aprelin 21, 22-si Ramazan bayramı, iyunun 28, 29-u isə Qurban bayramı günü kimi müəyyən edilib.
Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən, nəzərdə tutulan günlər qeyri-iş günü hesab edilir.