Yuxarı tənəffüs yollarının infeksiyaları və allergik xəstəliklər nəticəsində yaranan burun tutulması zamanı tez-tez burun spreyi tövsiyə olunur.

Nəfəs almağı çətinləşdirən burun tutulması halsızlığa səbəb ola və həyat keyfiyyətini aşağı sala bilər.

Belə bir vəziyyətlə qarşılaşanlar da tez-tez burun spreylərindən istifadə edirlər.

Mütəxəssislər isə bu spreyləri özbaşına  istifadə etməməyin vacib olduğunu deyir. 

Belə ki, həkim nəzarəti olmadan nizamsız istifadə edilən bəzi burun spreyləri asılılığa səbəb ola bilər. Buna görə də mütəxəssislər tövsiyə edir ki, burun tutulması olanlar əvvəlcə  müayinə olunsun, sprey veriləcəyi halda, təyin olunmuş vaxtdan artıq istifadə etməsinlər.

Burun spreylərinin asılılıq yaratma təsiri tərkibindəki aktiv maddələrə görə dəyişir.

Qulaq, burun, boğaz xəstəlikləri üzrə mütəxəssis Yavuz Səlim Yıldırım Trtxəbər-ə verdiyi aşıqlamda bildirib ki, tərkibində  “Oxymetazolin” və “ Ksilometazolin” olan burun spreylərini daha qısa müddətdə istifadə etmək tövsiyə olunur. O bildirib ki, böyüklərin bu spreylərdən ən çox 6-7, uşaqların isə 3-5 gün istifadə etməsi tövsiyə edilir: "Bu spreyləri daha uzun müddət istifadə etdiyiniz zaman onların asılılıq yaradıcı təsiri ortaya çıxır. Təkrar istifadəyə ehtiyac hiss olunur".

Hər sprey asılılıq yaratmır

Tövsiyə olunandan artıq istifadə edilən spreylər asılılıq yaratmaqdan başqa, həm də burun quruluşunu pozur: " Bununla belə, hər sprey asılılıq yaratmır. Tərkibində dəniz suyu olan spreyləri gündəlik həyatda tez-tez istifadə etmək olar. Xüsusilə uşaqlara axşam yatmazdan əvvəl, böyüklərə əməliyyatdan sonra istifadə etməyi tövsiyə edirik. Bu tərkibli spreylərin davamlı  istifadə olunmasında heç bir problem yoxdur".

Həkim onu da vurğulayıb ki,  xroniki burun tutulması problemi olanlar müayinə olunmalıdır.