Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi himayədar ailə olmaq istəyənlər üçün bir sıra vacib məlumatları bir daha açıqlayıb.

Elxeber.com xəbər verir ki, nazirlik -kimlər və necə himayədar valideyn ola bilər, bunun üçün aşağı yaş həddi neçədir, himayədar valideynlərin hansı hüquq və vəzifələri var, himayədar ailəyə verilmənin uşağın mənafeyinə uyğunluğu necə müəyyən edilir, neçə uşaq himayəyə götürmək olar, “Himayədar ailə” qayğı modelinin övladlığagötürmədən fərqi və digər məsələlərə dair məlumatlandırıcı posterlər təqdim edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı qanunvericilik aktları ilə ölkəmizdə tətbiqinə başlanan “Himayədar ailə” qayğı modeli valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqların qısa və ya uzun müddət dövlət nəzarəti altında ödənişli əsaslarla ailə mühitində böyüməsi və inkişafına xidmət edir.  

Eyni zamanda məqsəd valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələrə düşməsinin qarşısının alınmasıdır.

Nazirliyin hazırladığı posterləri təqdim edirik: