Hindistanın Maharaştra əyalətində havanın temperaturu son 6 ilin ən yüksək səviyyəsinə çatıb.

Türkiyə mətbuatının yazdığına görə, istilər nəticəsində 25 nəfər həyatını itirib.

Ölkənin Səhiyyə Nazirliyi açıqlayıb  ki, bu ilin may ayının əvvəlinə kimi 381 günvurma hadisəsi qeydə alınıb.

Son həftələr yarımadanın bir çox yerlərində, xüsusilə Hindistan və Pakistanda temperatur təhlükəli dərəcədə yüksək olub.

Aprelin 28-də Hindistanın paytaxtı Dehlidə havanın temperaturu 40 dərəcədən yuxarı qalxıb. Ölkənin şərqindəki Odişa əyalətində məktəblər bir həftə bağlanıb.

Ölkənin bir çox bölgəsində havanın temperaturunun 45 dərəcəni keçdiyi bildirilir.