Şahin Kamil oğlu Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.

Elxeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin imzaladığı digər sərəncamla Əsgər Əyyub oğlu Ələkbərov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Qeyd edək ki, Şahin Seyidzadə Milli Məclisin deputatıdır.