Hələ qış fəslinin sonlarından çiçək açmağa başlayan badam ağaclarını yazın ilk müjdəçisi kimi qəbul etmək olar. Badamın ilk olaraq Orta Asiyada və Çində becərildiyi təxmin edilir. Lakin Misirdə krallara da servis edildiyi məlumdur.
Sonradan bu ağac İspaniya və İtaliyada yetişdirilməyə başlandı. 1700-ci illərdə İspaniyadan Kaliyofniyaya gətirildi. Bu gün Kaliforniya ən çox badam becərilən bölgə adını qazanıb.
Badam ağacının adı hətta İncildə də qeyd olunur. İndi Amerikada toylarda badam şəkəri verilir. Badam xoşbəxtlik simvolu kimi qəbul olunur.