İndoneziyanın Malanq şəhərində stadionda iki futbol komandasının azarkeşləri arasında baş verən iğtişaşlar nəticəsində 129 nəfər ölüb, təxminən 180 nəfər isə  yaralanıb. Ölü sayının artacağı ehtimal olunur.

Elxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, hadisə “Arema” və “Persebaya” futbol komandaları arasında keçirilən oyundan sonra başlayıb.

Polis əməkdaşları azarkeşlər arasında çıxan davanı dayandırmaq üçün gözyaşardıcı qazdan istifadə edib ki, bundan sonra izdiham yaranıb. 

Gözyaşardıcı qazdan qaçmaq üçün yüzlərlə tərəfdar çıxış darvazasına doğru axışıb.

Yaranan xaosda havasızlıqdan boğulanlar və əzilənlər olub.

300-dən çox insan müalicə üçün bölgədəki xəstəxanalara aparılsa da, bir çoxu yolda və müalicə zamanı dünyasını dəyişib.