Türkiyənin daxili işlər naziri Süleyman Soylu Türkiyəyə daxil olan 2 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

Elxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir İran sərhədindən Türkiyəyə daxil olan biri iranlı iki terrorçunun Van çölündə zərərsizləşdirildiyini deyib: "İran sərhədindən Türkiyə ərazisinə sızan biri iranlı olmaqla,  iki terrorçu Van Özalp Damlacık çölündə keçirilən "Eren Blokada-22" əməliyyatında qəhrəman jandarmamızın uğurlu əməliyyatı nəticəsində  zərərsizləşdirilib. Terrorçulara bir daha deyirik, təslim olun, yoxsa bu torpaqlar sizin üçün ölümdür”.