İran hakimiyyəti, birtərəfli şəkildə aldığı qərarla Türkiyə Respublikası ilə olan sərhəd-keçid məntəqələrini bu gündən etibarən 15 günlük bağlayır.

Elxəbər.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Esendərə Beldə Bələdiyyə sədri Dırbaz Böyüksu, yeni ilə 8 gün qaldığı bir vaxtda İran tərəfindən verilən bu qərarın yeni ilin qeyd olunması ilə əlaqəli olduğunu deyib: "Mən İran dövlətinin təktərəfli aldığı bu qərarın 8 gündən sonra gələcək yeni illə əlaqəli olduğunu düşünürəm. Qarşı tərəf bu qərarla vətəndaşlarının Türkiyədə yeni il şənliklərində iştirakının qarşısını almaq istəyir".

O, qərarın uzun çəkməyəcyinə ümid etdiyini deyib.

"Ümid edirəm ki, pandemiya səbəbilə iki ilə yaxındır ki, çətin vəziyyətə düşən xalqımız daha da çətin vəziyyətə salınmaz"-deyə əlavə edib.