Ötən il İranda çirkli hava səbəbindən həyatını itirənlərin sayı 41 min 700  nəfərdən çox olub.

Elxeber.com xarici mətbuata istinadla xəbər verir ki, bunu İran parlamentinin Ətraf Mühit qrupunun sədri Süməyya Rafi bildirib.

O, Sənaye, Mədən və Ticarət Nazirliyinin ölkəyə gətiriləcək avtomobillərin emissiya standartını avro-6-dan avro 5-ə endirmək təklifini tənqid edib. Sədr havanın çirkliliyinin ölkəyə ildə təqribən 7-11 milyard dollar ziyan vurduğunu deyib.

O bildirib ki, martın 21-dən etibarən paytaxt Tehranda havanın keyfiyyət indeksi baxımından qeyri-sağlam günlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə iki dəfə artıb.