İstanbulun Sarayburnu rayonundan Avcılara doğru lövbər salan gəmilərin sıxlığı səbəbindən üfüqü görmək çətinləşib. Təxminən 200 gəminin lövbər saldığı bölgədə sıxlıq hər keçən gün artmağa davam edir. Bölgədəki sıxlıq havadan görüntülənib.

Aralarında şirkətlərlə müqavilələrini yeniləmədikləri üçün istifadə olunmayan gəmilərin də olduğu onlarla gəmi lövbər salaraq gözləyir.

Gəmilərdə yaşayan şəxsi heyət taksi botlar vasitəsilə quru ilə əlaqə saxlayır.