İstanbulun Çırağan Sarayında yanğın baş verib.

Elxeber.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, səbəbi hələ bilinməyən yanğın yerinə çox sayda yanğınsöndürən briqada cəlb olunub.

İlkin məlumata əsasən, yanğının sarayın otel hissəsində baş verdiyi bildirilir. Ərazidəki küçələrdə nəqliyyatın hərəkəti dayandırılıb.

Qeyd edək ki, İstanbulun Beşiktaş və Ortaköy rayonları arasında yerləşən Çırağan sarayı 1863-1867-ci illərdə inşa olunub.