IV ixtisas qrupu üzrə ayrılmış 3980 plan yerinin təqribən 66 faizi (2636 yer) dövlət sifarişlidir. 200 yüz baldan yuxarı nəticə göstərən hər kəsin ali məktəblərə qəbul olmaq şansı var.

Elxeber.com xəbər verir ki, bunu ali təhsil müəssisələrinə ixtisas seçiminin başlanması ilə əlaqədar canlı yayımda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə söyləyib. O bildirib ki, 350 baldan yuxarı nəticə göstərənlərin dövlət sifarişli yerlərə qəbul olmaq şansı var: "Yüksək bal toplayanların sayı bu il ötən ilə nisbətən daha çoxdur. Yüksək reytinqli ixtisaslarda ötən illə müqayisədə daha yuxarı keçid balları formalaşa bilər. Bu ixtisas qrupu üzrə ayrılmış plan yerlərinə subbakalavrların qəbul olmaq şansı daha azdır".