Kəskin qaraciyər sirrozundan əziyyət çəkən tanınmış jurnalist Qadir İbrahimli bu gün səhər vəfat edib.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 53 yaşlı jurnalist saat 09:30 radələrində xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Qadir İbrahimli mayın 18-də kəskin qaraciyər sirrozu diaqnozu ilə M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Həkimlərin səyinə baxmayaraq, mərhumun həyatını xilas etmək mümkün olmayıb.