Mayın 20-21-də təhsil sahəsində ixtisaslaşan "Education HUB" tərəfindən Bakıda “Jurnalistlər və blogerlər üçün Sosial Sahibkarlıq” təlimi həyata keçirilib.
Elxeber.com xəbər verir ki, təlim çərçivəsində media sahəsində çalışan bir qrup jurnalist və bloger sosial sahibkarlıqla bağlı faydalı məlumatlar əldə ediblər.

İştirakçılara sosial sahibkarlığın tarixi, sosial biznes modelləri, innovativ və
dizayn əsaslı yanaşma haqqında əhatəli materiallar, informasiyalar təqdim olunub.
Eyni zamanda, iştirakçılar marketinq, idarəetmə, hekayə söyləmə, sosial biznesin brendləşməsi
habelə, sosial media idarəetməsinin əsasları ilə daha yaxından tanışlıq imkanı qazanıblar.
Daha sonra iştirakçılar iki günlük təlim müddətində öyrəndiklərini post-test
vasitəsilə yoxlayıblar. 
Media nümayəndələrinin sosial sahibkarlığın daha fəal təşviq olunmasına dəstəyi məqsədilə
“Jurnalistlərin əlaqələndirmə qrupu” yaradılıb.

Qrup nümayəndlərinin iştirakı ilə yaxın aylarda sosial sahibkarlıq müəssisələrinə tanışlıq səfərləri planlaşdırılıb.

Sonda iştirakçılara layihənin promo məhsulları təqdim edilib.

Qeyd edək ki, təlim Dövlət Məşğulluq Agentliyi və Avropa Vençur Filantropist Assosiasiyasının “Dəyər üçün əməkdaşlıq” proqramı çərçivəsində reallaşıb.

Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən proqramın Azərbaycanda rəsmi tərəfdaşı "Education HUB"dır.