Rusiyanın Ukraynaya hücumları 12-ci gününə qədəm qoyub.

Elxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, müharibənin 12-ci günündə Rusiya Müdafiə Nazirliyi Kiyev vilayətində irəliləyən tankların görüntülərini yayıb.

Qeyd edək ki, qaynar bölgənin müxtəlif şəhərlərdə mülki əhalinin təxliyyəsi üçün müvəqqəti atəşkəs gündəmdədir. 

Rusiya Müdafiə Nazirliyi bu gün səhər saatlarından etibarən Ukraynanın Kiyev, Xarkov, Mariupol və Sumi şəhərlərində atəşkəs elan edib.

Atəşkəs müddətində 6 müxtəlif humanitar dəhlizdən mülki şəxslərin təxliyəsi planlaşdırılır.