“Beynəlxalq araşdırmalar koronavirusun Omikron variantının mövsümi koronavirus (HCoV-229E) ilə oxşar genom ardıcıllığına malik olduğunu göstərib və bu, Kovid-19-un “mövsümi xəstəliyə” çevrilməsinin əlaməti ola bilər.

Bunu Türkiyənin Səhiyyə Nazirliyi Koronavirus Elmi Komitəsinin üzvü Prof. Dr. Alpər Şener deyib.

Həkim qeyd edib ki, variantın çox sürətlə yayılmasına baxmayaraq xəstəxanalara yerləşdirilmə sayında artım müşahidə olunmur və yoluxanlar xəstəliyi daha rahat keçirir: “Omikron variantının yayıldığı ölkələrdə xəstələnmə halları anormal şəkildə artacaq.  2022-ci ilin mart ayına kimi bütün Avropada olan koronavirus xəstələrinin yarısından çoxunun omikron olacağı hesablanır. Çünki qarşımızda Güney Afrika nümunəsi var. İki həftə ərzində koronaviris variantlarının 75 faizi omikronla xəstələnənlər oldu”.

Professor variantların necə inkişaf etdiyinə dair fikirləri də bölüşüb. Bildirib ki,  ABŞ, Kanada və Hindistan elm adamlarının apardığı araşdırmalar omikron varinatının mövsümi koronavirus ilə oxşar olduğunu göstərib: “Omikron variantı Kovid-19-un mövsümi bir xəstəliyə çevrilməsinin əlaməti ola bilər. Amma sevinmək hələ tezdir”.