Avqustun 25-dək Laçın və Zabux kəndini tərk etməli olan haylar işğal dövründə həmin məntqələrdə qanunsuz olaraq  tikdikləri kilsələrdəki xaçkarları, “xatirə daşları”nı, qəbirüstü abidələri, saxtalaşdırılmış muzey eksponatları, kitabxana fondlarını və s. də özləri ilə aparmaq qərarına gəliblər.

Elxeber.com Moderator.az-a istinadən xəbər verir ki, bu barədə erməni nəşrləri yazıb. Belə ki, bunu Xankəndidəki separatçı-terrorçu rejimin qanunsuz "mədəniyyət naziri"nin müavini Lernik Ovannisyan danışıb.

L.Ovannisyanın sözlərinə görə, Laçın şəhəri, Zabux və Sus kəndindən artıq 20-dən çox xaçkar və abidə, eləcə də Laçındakı kitabxana daşınıb. Qondarma nazir bildirib ki, daşınan əşyalar əsasən Xankəndidə yerləşdiriləcək.