Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul imtahanında iştirakçılar arasında ən yüksək bal toplayan şəxsin adını açıqlayıb.
Elxeber.com xəbər verir ki, bu barədə DİM feysbuk səhifəsində paylaşım edib.
Belə ki, imtahanda Dövlət İdarəçilik Akademiyasının məzunu Ağaverdiyev Aydın Habil oğlu 98 bal toplayıb.
Qeyd edək ki, imtahanda ən yüksək bal 100-dür.
Bildirilib ki, A.Ağaverdiyev bakalavriat səviyyəsinə qəbul imtahanında 683 bal toplayıb.