Magistraturaya qəbul imtahanında iştirak etmək üçün ərizələrin qəbulu fevralın 10-nu saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) Elxeber.coma-a verilən məlumata görə, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. 

Bu gün saat 09:00-a olan məlumata əsasən 12874 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 11800; rus bölməsi - 1074).

Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq olar.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.

İmtahan 2022-ci il fevralın 20-də keçiriləcək.