Türkiyənin Manisa şəhərində Xocalı sıyqırımının 30-cu ildönümü  ilə əlaqədar fotosərgi təşkil olunub, faciə qurbanlarının xatirəsi yad edilib.  

Elxeber.com xəbər verir ki, Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDF), Manisa Azərbaycan Dərnəyi, Şəhər Valiliyi, Yunusemre Kaymakamlığı, Manisa Böyükşəhər Bələdiyyəsi, Cəlal Bayar Universiteti Azərbaycanlı Tələbələr Cəmiyyəti (Manat), şəhid və qazi ailələrinin iştirakı ilə baş tutan tədbiri Manisa Azərbaycan Dərnəyinin sədri Şentürk Hoşgül açıb.

O bildirib ki, Xocalıda törədilən erməni vəhşiliyi və Qarabağ hadisələrinin acısı daim qəlblərdə yaşayır. 

TADDF-in vitse-prezidenti Seyfəddin Ayakyay çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan qələbə Xocalıda və Qarabağda yaşadılan acılara qismən də olsa məlhəm olub. 
Manisanın Şahzadələr rayonunun valisi Camal Hüsnü Çaykara  qardaş kimi Azərbaycan xalqının ağrısını paylaşdıqlarını vurğulayıb. 

Tədbir iştirakçıları və Manisa məktəblərinin şagirdləri sərgi ilə yaxından tanış olublar.