Şahin Kərim oğlu Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Araz Süleyman oğlu Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyev Göygöl Rayon İcra Hakimiyyətinə də yeni başçı təyin edib.

Ölkə rəhbərinin sərəncamı ilə bu vəzifəyə Elvin Nazim oğlu Paşayev təyin olunub.

Qeyd edək ki, 1983-cü il təvəllüdlü Elvin Paşayev bu təyinata qədər Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbərinin müavini və nazirliyin İnsan resursları şöbəsinin müdiri vəzifəsində çalışıb.