Mayın 1-dən "Bakı Metropoliteni" QSC-nin tibbi maska ilə bağlı monitorlarda və radiorabitə vasitəsilə verilən audiovizual, eləcə də statik lövhələrdəki məlumatları stansiya və qatarlarda ləğv olunacaq.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2022-ci il mayın 1-dən xüsusi karantin rejimi müddətində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, respirator və s.) istifadə tələbi ləğv edilir.  
Nazirlər Kabinetinin qərarına uyğun olaraq, buna qədər qurumun qəbul etdiyi müvafiq sənədlərdəki, o cümlədən ictimai nəqliyyatda metodiki göstərişin tibbi maska ilə bağlı tələbi mayın 1-dən qüvvədən düşmüş hesab olunacaq. 
"Xüsusi karantin rejimi uzadıldığından və virusun yayılması təhlükəsi tam aradan qalxmadığından "Bakı Metropoliteni" QSC-nin aidiyyəti monitorinqləri, metodiki göstərişləri və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar, tapşırıq və tövsiyələrinə uyğun digər fəaliyyəti davam etdiriləcək",-deyə məlumatda qeyd olunub.