Seyfəli poliqonunda döyüş sursatlarının növbəti utilizasiyası həyata keçiriləcək
Bu barədə Müdafiə Nazirliyindən açıqlama verilib.
Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının, təhlükəsizlik tədbirlərinə əməl olunmaqla, planlı şəkildə utilizasiyası davam etdirilir.
Döyüş sursatlarının utilizasiya prosesi mayın 23-dən 28-dək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.