Azərbaycan Respublikasının Moldovadakı səfirliyinin, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Moldova Azərbaycanlıları Konqresinin (MAK) və ASAP-ın təşkilatçılığı ilə paytaxt Kişinyov şəhərində bir qrup azərbaycanlı gənclə görüş keçirilib.

Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) İctimaiyyətlə Əlaqələr Xidmətindən Elxeber.com-a verilən məlumata görə, görüşdə Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP)  icraçı direktoru Rafael Hacıbəyli və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Azər Əliyev də iştirak edib.  

Azərbaycan-Moldova əlaqələrinin bütün sahələrdə olduğu kimi, gənclər sahəsində də uğurla inkişafı, iki ölkə arasında dostluq əlaqələrinin gələcək perspektivləri vurğulanıb.
Görüşdə gənclərimizin təhsil zamanı yaranan çətinlikləri, yerli təşkilatlara inteqrasiyası, yaşam və Moldovada ASAP nümayəndəliyinin qurulması məsələləri ilə  bağlı müzakirələr aparılıb.

Gənclər tərəfindən təkliflər dinlənilib və Azərbaycanın Moldovadakı səfirliyinin dəstəyindən danışılıb.