Rusiyanın paytaxtı Moskva şəhərinə güclü qar yağıb.

Türkiyə mətbuatının yazdığına görə, mərkəzi şəhərə 1993-cü ildən sonra ilk dəfə bu qədər çox qar yağıb. Rusiyanın Meteorologiya Mərkəzinin baş eksperti Yevgeni Tişkovets bildirib ki, Moskvanın mərkəzində qarın hündürlüyü 50 santimetrə çatıb.

Nəticədə şəhərə olan təyyarə uçuşları ləğv edilib, nəqliyyatın hərəkəti dayandırılıb.