"Türkün yolu şəhid qanı tökülmüş qədim türk yurdu Şuşadan, Cəbrayıl və Zəngəzurdan keçər".

Elxeber.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya vilayətinin Kəpəz rayonunda çıxışı zamanı deyib.

O, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlunu nəqliyyat layihəsinə Azərbaycanı daxil etməməsinə görə qınayıb: “Bu gün Ermənistan Baş naziri Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduqlarını bildirir. Bəs sənin dərdin nədir, Azərbaycandan nə istəyirsən?”.

Çavuşoğlu müasir Türkiyənin sadəcə özünün deyil, həm də bütün türk dünyasının maraqlarını qoruduğunu xatırladıb.