Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi və “T-Network” platformasının tərəfdaşlığı ilə iyunun 28-dən etibarən “Könüllü müsahib” adlı proqrama start veriləcək.

İnstitutdan Elxeber.com-a verilən məlumata görə, “Könüllü müsahib”in məqsədi sertifikasiyanın müsahibə mərhələsində müəllimlərə dəstək olmaq və onları cəmiyyətə tanıtmaqdır. Proqram zamanı müsahibə götürənlər ümumi rəylərini də paylaşacaqlar. Hər proqramda bir neçə müəllim iştirak edəcək.

Proqram hər həftənin çərşənbə axşamı və cümə günü saat 20:00-da “T-Network”un feysbuk səhifəsində canlı yayımlanacaq.

“Könüllü müsahib” olmaq istəyənlər “T-Network” platforması ilə əlaqə saxlaya bilərlər.