Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb.

Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, 14-22 iyul tarixlərində keçirilən test imtahanlarının nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin bütün fənlər üzrə minimum tələbi 40 bal müəyyən olunub.