Səudiyyə Ərəbistanında güclü yağışların yağması Məkkədə ümrə ibadətini yerinə yetirən yüzlərlə müsəlmanı Kəbəni təvaf etməkdən çəkindirməyib.

Elxeber.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, yüzlərlə zəvvar şiddətli yağış altında dua edərək Kəbəni təvaf edib.

Kəbəyə toplaşan yüzlərlə müsəlman şiddətli yağışa baxmayaraq ümrə namazlarını qılıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının qərbində yağan leysan yağışlar həyatı çətinləşdirib.

Baş verən daşqın nəticəsində 2 nəfər ölüb.

Ciddədəki Kral Əbdüləziz Beynəlxalq Hava Limanında əlverişsiz hava şəraiti səbəbindən bəzi uçuşlar dayandırılarkən, Kral Əbdüləziz Universiteti də daxil olmaqla, təhsil və təlim təhlükəsizlik səbəbi ilə dayandırılıb.