Naxçıvan Muxtar Respublikası şəhərlərinin baş planları hazırlanacaq.
Elxeber.com xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda yer alıb.
Bununla bağlı icraçı qurum kimi Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müəyyənləşib.
Şəhərlərin baş planların hazırlanması 2023–2027-ci illəri əhatə edəcək.
Eyni zamanda 2023–2025-ci illərdə Naxçıvan iqtisadi rayonunun ümumi planı hazırlanacaq.