İyunun 6-da saat 17 radələrində Naxçıvan şəhərində şəhər sakini G.Şirinova idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerlisi N.Məmmədovanı vurub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nəticədə xəsarət alan piyada xəstəxanaya yerləşdirilsə də, dünyasını dəyişib.

Faktla bağlı Naxçıvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.