Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bakının işğaldan azad edilməsinin 104-cü ildönümü ilə bağlı paylaşım edib.

 Elxeber.com xəbər verir ki, nazir bu barədə sosial media hesabında yazıb.

"Bakının işğaldan azad olmasının 104-cü ildönümünü təbrik edir, qəhrəman şəhidlərimizi rəhmətlə anırıq. Türkiyə və Azərbaycan hər zaman tək səs, tək ürəkdir", - deyə Çavuşoğlu qeyd edib.