Nigeriyada 3,2 milyon köçkün yaşayır.

Elxeber.com xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Nigeriya üzər nümayəndəsi Con Makkissik Ümumdünya Qaçqınlar Günü münasibətilə verdiyi məlumatda deyib.

O, Nigeriyada köçkünlərin sayının gündən-günə artdığına diqqət çəkərək bildirib ki, ölkə 82 mini qaçqın olmaqla 3,2 milyon köçkünə ev sahibliyi edir: "Burada 34 ölkədən gələn qaçqının 94 faizi kamerunludur. Onlar 25 müxtəlif ştatda qəbul edilir, öz icmalarında məktəblərə, digər yaşayış məkanlarına gedə bilirlər. Onlar üçün ilkin tibbi xidmət təşkil olunur". 

Dünyada 100 milyondan çox məcburi köçkünün olduğunu deyən Con Makkissik, kimliyindən və haradan gəldiyindən asılı olmayaraq, bütün qaçqınların təhlükəsiz yaşamasına şərait yaratmağın vacib olduğunu bildirib.