Oktyabrın 17-si saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesinə start veriləcək.

Bu barədə Elxeber.com Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Şagirdlərin elektron yerdəyişməsi prosesi https://sy.edu.az/login portalı vasitəsilə həyata keçirilir.

Xatırladaq ki, sentyabrın 5-də şagird yerdəyişməsi prosesi müvəqqəti olaraq dayandırılmışdı. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.