May ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə halı ilə bağlı 756 nəfər müraciət edib.

Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, onlardan 137-si Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olan xəstələrdən 70-i dərmandan, 21-i sirkə turşusundan, 6-sı dəm qazından, 1-i göbələkdən, 12-si etil spirtindən zəhərlənib.  Bir nəfər anaflaksiya, 12 nəfər allergik reaksiya, 3-ü isə botulizm zəhərlənməsi səbəbindən xəstəxanaya yerləşdirilib. Onlardan 9-nu ilan, 2-ni isə həşərat sancıb.

Zəhərlənən şəxslərin 56-sı qadın, 61-i kişi, 20-si uşaq olub.

Həkimlərin səylərinə baxmayaraq, 137 nəfərdən 6-sı (3 kişi, 3 qadın) dünyasını dəyişib.