Pakistan parlamenti yeni Baş nazirin seçilməsi üçün səsvermə keçirəcək.
Bu barədə spiker səlahiyyətlərini icra edən Ayaz Sadiq məlumat yayıb.
O, ölkənin yeni Baş nazirinin seçilməsi üçün səsvermənin aprelin 11-də baş tutacağını bildirib.
Qeyd edək ki, Pakistan Milli Assambleyası Baş nazir İmran Xana etimadsızlıq göstərərək onu vəzifədən kənarlaşdırıb.